Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin işləri Üzrə Dövlət Komitəsi
|
Xidmətin məzmunu
:
|
-
Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkədaxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsi
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin regional struktur bölmələri
-
Məskunlaşma, miqrasiya, məşğulluq və status şöbəsinin Status sektoru
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
- "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanunu
- "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanunu
- "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanunu
- Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 2.4.2-ci bəndi
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Telefon vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Vətəndaşa "məcburi köçkün" statusunun və onu təsdiq edən vəsiqənin verilməsi
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
30 gün |
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
Qanunvericiliklə dövlət rüsumu müəyyən edilməmişdir. |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
Bazar ertəsi - Cümə günləri. |
İşin başlama vaxtı : |
09:00:00 |
İşin sona çatma vaxtı : |
18:00:00 |
Fasilənin başlama vaxtı : |
13:00:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 2.6-cı bəndinə əsasən:
- "Məcburi köçkün" statusu verilməsi haqqında ərizə təqdim edən, lakin özü barəsində məlumat, tələb edilən sənədləri verməkdən imtina edən və ya status verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verən şəxsə "məcburi köçkün" statusu verilməsindən imtina edilir.
Həmin Qaydaların 3.2-ci bəndinə əsasən:
- "Məcburi köçkün" statusu almaq istəyən şəxs qanunvericiliklə müəyyən edilmiş tələb olunan sənədləri təqdim edə bilmədikdə aidiyyəti dövlət qurumlarına sorğular verilir və bu zaman sənədin icra müddətinin axımı dayandırılır.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Şəxsiyyət vəsiqəsinin surəti (əsli ilə birlikdə)
- Kağız daşıyıcıda
|
Məcburi köçkün düşməsi barədə işğal nəticəsində məcburən tərk etdiyi rayonun icra hakimiyyətinin başçısı və ya müavini tərəfindən verilmiş arayış
- Kağız daşıyıcıda
|
Ərizə forması
- Kağız daşıyıcıda
|
İşğal zamanı məcburi köçkün düşdüyü rayonda pasport qeydiyyatında olması barədə DİN-nin rayon şöbəsi tərəfindən verilmiş arayış
- Kağız daşıyıcıda
|
2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil
- Fotoşəkil
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Vətəndaş "məcburi köçkün" statusunu və onu təsdiq edən sənədi almaq üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə və ya yerli nümayəndələrinə, şəhər və rayon icra hakimiyyətlərinə ərizə və müvafiq sənədlərlə müraciət edir. Komitənin yerli nümayəndələri və yaxud şəhər və rayon icra hakimiyyətləri "məcburi köçkün" statusu verilməsinə dair ərizələri əlavə edilmiş sənədlərlə birlikdə Komitəyə təqdim edirlər. Təqdim edilən ərizə və sənədlər Komitənin Status sektoru tərəfindən araşdırılır və tədqim olunan sənədlər qaydasında olduqda, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın tələblərinə cavab verdikdə vətəndaşa bir ay müddətində "məcburi köçkün" statusu və "məcburi köçkün" statusunu təsdiq edən vəsiqə verilir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
İstifadəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə şikayət edə bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
Şikayət inzibati orqana verildikdə şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətinə baxılır.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
-
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidmətin elektron ünvanı
:
|
|