Dövlət orqanı
:
|
-
Şəmkir Rayon İcra Hakimiyyəti
|
Xidmətin məzmunu
:
|
-
On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslərə qəyyumun təyin edilməsi
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.1. maddəsi;
- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114.1. maddəsi;
- ""Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №-li Fərmanının 2-ci bəndinin 9-cu abzası;
- Azərbaycan SSR Nazirlər Sovetinin 1970-ci il 5 oktyabr tarixli, 386 nömrəli qərarı ilə təsdiq edilmiş və Azərbaycan SSR Nazirlər Sovetinin 1985-ci il 8 may tarixli, 152 nömrəli qərarının redaksiyasında verilmiş "Azərbaycan SSR qəyyumluq və himayəçilik orqanları haqqında Əsasnamə".
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Poçt xidməti vasitəsilə məlumatlandırma
-
Teleqram vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
On dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyum təyin edilməsi barədə İcra Hakimiyyəti Başçısının sərəncamı
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
1 ay |
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
Xidmət ödənişsizdir. |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
Bazar ertəsi - Cümə günləri. |
İşin başlama vaxtı : |
09:00:00 |
İşin sona çatma vaxtı : |
18:00:00 |
Fasilənin başlama vaxtı : |
13:00:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Şəmkir Rayon İcra Hakimiyyətinin inzibati binası
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 137-ci maddəsinə görə yalnız yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyəti olan şəxslər qəyyum (himayəçi) təyin edilirlər. Uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır. Alkoqolik və narkomanlar, qəyyumluq (himayə) vəzifələrini icra etməkdən kənarlaşdırılmış, valideynlik hüquqları məhdudlaşdırılmış şəxslər, keçmiş övladlığa götürənlər, əgər onların təqsiri üzündən övladlığa götürmə ləğv olunmuşsa və səhhətinə görə uşağı tərbiyə etmək vəzifəsini həyata keçirə bilməyən şəxslər qəyyum (himayəçi) ola bilməzlər.
- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.2-ci maddəsinə görə qəyyumlar və himayəçilər yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxslərdən təyin edilir. Valideynlik hüquqlarından məhrum edilmiş fiziki şəxslər qəyyum və himayəçi təyin oluna bilməzlər.
- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 35.3-cü maddəsinə görə qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır.
- Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 38-ci maddəsinə görə:
- Yetkinlik yaşına çatmayan şəxs valideynlərinə qaytarıldıqda və ya övladlığa götürüldükdə qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini öz vəzifələrinin icrasından azad edir.
- Qəyyumluqda olan müvafiq tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisəsinə və ya digər oxşar müəssisəyə yerləşdirildikdə qəyyumluq və himayəçilik orqanı bundan əvvəl təyin edilmiş qəyyumu və ya himayəçini, əgər bu, qəyyumluqda olanın mənafelərinə zidd deyilsə, öz vəzifələrinin icrasından azad edir.
- Üzrlü səbəblər olduqda (xəstəlik, əmlak vəziyyətinin dəyişməsi, qəyyumluqda olanla qarşılıqlı anlaşmanın yoxluğu və i.a. qəyyum və ya himayəçi öz xahişi ilə vəzifələrinin icrasından azad edilə bilər.
- Qəyyum və ya himayəçi onun üzərinə düşən vəzifələri gərəyincə yerinə yetirmədikdə, o cümlədən qəyyumluqdan və ya himayəçilikdən tamah məqsədi ilə istifadə etdikdə və ya qəyyumluqda olanı nəzarətsiz və lazımi köməksiz qoyduqda qəyyumluq və himayəçilik orqanı qəyyumu və ya himayəçini bu vəzifələrin icrasından kənar edə bilər və təqsirli fiziki şəxsin qanunla müəyyənləşdirilmiş məsuliyyətə cəlb olunması üçün zəruri tədbirlər görə bilər.
- Qəyyumun, himayəçinin və ya qəyyumluq və himayəçilik orqanının ərizəsinə əsasən məhkəmə qəyyumluqda olanın fəaliyyət qabiliyyətli sayılması və ya onun fəaliyyət qabiliyyətinin məhdudlaşdırılmasının ləğv edilməsi haqqında qərar çıxardıqda yetkinlik yaşına çatmış fiziki şəxs üzərində qəyyumluğa və himayəçiliyə xitam verilir.
- Qəyyumluqda olan azyaşlı on dörd yaşına çatdıqda onun üzərində qəyyumluğa xitam verilir, qəyyum vəzifələrini həyata keçirmiş fiziki şəxs isə bu barədə əlavə qərar çıxarılmadan yetkinlik yaşına çatmayanın himayəçisinə çevrilir.
- Qəyyumluqda olan yetkinlik yaşına çatmayanın on səkkiz yaşına çatdığı, habelə nikaha girdiyi və yetkinlik yaşına çatanadək tam fəaliyyət qabiliyyəti əldə etdiyi digər hallarda yetkinlik yaşına çatmayan üzərində himayəçiliyə xüsusi qərarsız xitam verilir.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Qəyyumluğa götürülən uşağın doğum haqqında şəhadətnaməsinin surəti
- Poçt vasitəsi ilə və ya şəxsən
|
Qəyyumluğa götürülənin yaxın qohumlarının notariat qaydasında təsdiq edilmiş razılıq əraziləri
- Poçt vasitəsi ilə və ya şəxsən
|
Qəyyumun tərcümeyi-halı
- Poçt vasitəsi ilə və ya şəxsən
|
Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslərin fəaliyyət qabiliyyəti olmaması barədə məhkəmənin qətnaməsi
- Poçt vasitəsi ilə və ya şəxsən
|
Qəyyum üçün iş yerindən arayış (əmək haqqı göstərilməklə)
- Poçt vasitəsi ilə və ya şəxsən
|
Qəyyum üçün iş yerindən xasiyyətnamə (işləyirsə)
- Poçt vasitəsi ilə və ya şəxsən
|
Qəyyumluğa götürülən uşağın təhsil alması barədə arayış
- Poçt vasitəsi ilə və ya şəxsən
|
Qəyyum üçün yaşayış yerindən 2 saylı forma arayış
- Poçt vasitəsi ilə və ya şəxsən
|
Valideynlər haqqında məlumat (ölüm haqqında şəhadətnamənin surəti, valideynlik hüququndan məhrum edilmə barədə qətnamənin və s.-nin surətləri)
- Poçt vasitəsi ilə və ya şəxsən
|
Qəyyum adından İcra Hakimiyyəti başçısının adına notariat qaydasında təsdiq edilmiş ərizə
- Poçt vasitəsi ilə və ya şəxsən
|
10 yaşından yuxarı uşağın razılıq ərizəsi
- Poçt vasitəsi ilə və ya şəxsən
|
Qəyyumun sağlamlığı haqqında əsəb-ruhi, onkoloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən arayışlar
- Poçt vasitəsi ilə və ya şəxsən
|
Qəyyumun nikah haqqında şəhadətnaməsinin surəti
- Poçt vasitəsi ilə və ya şəxsən
|
Qəyyumun götürənin şəxsiyyət vəsiqəsinin surəti
- Poçt vasitəsi ilə və ya şəxsən
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
- Qəyyum olmaq istəyən şəxs ərizə ilə İcra Hakimiyyətinə müvafiq sənədlərlə birlikdə müraciət edir.
- İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Orqanı qəyyumun təqdim etdiyi sənədləri yoxlayır, öz rəyi və yoxlama aktı ilə birlikdə qəyyum təyin edilməsi barədə İcra Hakimiyyəti Başçısının sərəncamının layihəsini hazırlayır.
- İcra Hakimiyyətinin Başçısı on dörd yaşı tamam olmamış yetkinlik yaşına çatmayanlar, habelə psixi pozuntuya görə məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxslər üzərində qəyyumluq təyin edilməsi barədə sərəncam imzalayır.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.
- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|