Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi
|
Xidmətin məzmunu
:
|
-
Bu xidmət inzibati vəzifələrin beşinci-yeddinci təsnifatına uyğun vəzifələr üzrə ehtiyat kadrlar siyahısına daxil edilmiş şəxslər barədə məlumatların vakant vəzifələrə təyin olunması məqsədilə dövlət orqanının rəhbərinə təqdim olunmasını əhatə edir.
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
İnsan resurslarının idarəedilməsi və dövlət qulluğuna kadrların seçilməsi şöbəsi
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
- Azərbaycan Respublikası Prezidentinin 03 noyabr 2005-ci il tarixli 247 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya haqqında Əsasnamə"nin 2-ci hissəsi;
- Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 108 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında dövlət qulluğuna müsabiqə vasitəsilə qəbul Qaydaları";
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2013-cü il 16 may tarixli 134-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi" üzrə inzibati reqlament.
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
-
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
-
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
E-poçt vasitəsilə məlumatlandırma
-
Faks vasitəsilə məlumatlandırma
-
Poçt xidməti vasitəsilə məlumatlandırma
-
Telefon vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Dövlət orqanlarına ehtiyat kadrlar barədə məlumatın verilməsi
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
30 iş günü |
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
Xidmət ödənişsiz olaraq həyata keçirilir. |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
|
Günlər : |
Həftənin 1-5-ci günləri |
Real vaxt rejimi: |
İşin başlama vaxtı : |
09:00:00 |
00:00:00 |
İşin sona çatma vaxtı : |
18:00:00 |
00:00:00 |
Fasilənin başlama vaxtı : |
13:00:00 |
00:00:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00:00 |
00:00:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məslələri üzrə Komissiyanın inzibati binası
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
- "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda;
- Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın 2013-cü il 16 may tarixli 134-Q nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət orqanlarına ehtiyat kadrlar barədə müvafiq məlumatların verilməsi" üzrə inzibati reqlamentin 3.3.1-ci yarımbəndinə əsasən natamam və ya qeyri-dürüst məlumatlar təqdim edildikdə.
Xidmətin göstərilməsindən imtina edilməsi xidmət istifadəçisinin yenidən müraciət etməsinə mane olmur.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
müraciət məktubu
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Dövlət orqanları ehtiyat kadrlar barədə müvafiq məlumatın verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müraciət edir. Müraciətlər qəbul edildikdən sonra Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün Komissiyanın aidiyyəti struktur bölmələrinə göndərilir. Aradan qaldırılması mümkün olan və imtina üçün əsas olmayan çatışmazlıqlar aşkar edildikdə bu barədə müraciətçiyə 5 gündən gec olmayaraq yazılı məlumat verilir. Onlar aradan qaldırıldıqdan və təkrar müraciət edildikdən sonra müraciətə 1 ay müddətində baxılır və dövlət orqanına ehtiyat kadrlar barədə müvafiq məlumat verilir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
-
Dövlət Qulluqçularının Reyestri informasiya ehtiyatı
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
-
"Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
-
Qismən elektronlaşdırılıb
|