Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Xarici investisiya şirkətinin filialının açılmasına lisenziya verilməsi üçün yekun müraciətə baxılması


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən xarici investisiya şirkətinin filialının açılmasına lisenziyanın verilməsi ilə bağlı xidmət qaydalarını müəyyən edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Mərkəzi Bankı
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Müvafiq lisenziya verilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 30 təqvim günü
Ödənişsiz :
Rüsum : 2750 AZN
Xidmət haqqı : Xidmət haqqı yoxdur
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 22.0.26-cı maddəsi
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : 1-5-ci günlər
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binası
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Dövlət qeydiyyatı haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti
- Kağız daşıyıcıda
ilkin müraciətdə təqdim edilmiş məlumatlarda dəyişiklik olarsa, bu barədə arayış
- Kağız daşıyıcıda
fəaliyyət göstərəcəyi ofis sahəsindən istifadə hüququna dair notariat qaydasında təsdiq edilmiş sənədin surəti
- Kağız daşıyıcıda
informasiya texnologiyaları və telekommunikasiya sistemləri, habelə müvafiq fəaliyyəti həyata keçirmək üçün digər kompüter proqramları haqqında məlumat
- Kağız daşıyıcıda
filialın göstərməsi nəzərdə tutulan investisiya xidmətlərinə (əməliyyatlarına) dair işçilərin ixtisas şəhadətnamələri
- Kağız daşıyıcıda
dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Təqdim olunan sənədlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün aidiyyəti struktur bölməyə göndərilir. Müraciətin icrası üzrə müvafiq struktur bölmənin rəhbəri bilavasitə məsuliyyət daşıyır. Mərkəzi Bank lisenziya alınması üçün təqdim edilmiş sənədlərə təqdim edildiyi tarixdən otuz təqvim günü ərzində baxır. Sənədlər tam həcmdə təqdim olunmadıqda, yaxud sənədlərdəki məlumatlar tam olmadıqda və ya yanlış olduqda, Mərkəzi Bank sənədlərin tam həcmdə təqdim edilməsini və ya dəqiqləşdirilməsini təklif edir. Bu təklif on iş günü ərzində yerinə yetirilməlidir.
    Mərkəzi Bank lisenziyanın verilməsi və ya lisenziyanın verilməsindən imtina barədə əsaslandırılmış qərar qəbul edir və həmin qərarı müraciət edənə göndərir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Mərkəzi Bankı


Ünvan: place Bakı şəh., R.Behbudov küç. 90,
Telefon: (+994 12) 493-11-22
Faks: (+994 12) 493-55-41
E-poçt: mail@cbar.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.cbar.az/
VÖEN: 9900071001
Ödəmə rekvizitləri: ------------------
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: ---------------
message