Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Mərkəzi Bankı
|
Xidmətin məzmunu
:
|
-
Bu xidmət Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən xarici bankların yerli nümayəndəliklərinin açılmasına icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulu ilə bağlı xidmət qaydalarını müəyyən edir.
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Mərkəzi Bankı
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
-“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun (Qanun) 12-ci və 13-cü maddələri;
- Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 12 nömrəli 07 iyul 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Bank lisenziyalarının və icazələrin alınması üçün müraciət qaydaları haqqında Təlimat”ın 5-ci hissəsi;
- "Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamı
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
E-poçt vasitəsilə məlumatlandırma
-
Poçt xidməti vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
60 təqvim günü |
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
|
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
1-5-ci günlər |
İşin başlama vaxtı : |
09:00 |
İşin sona çatma vaxtı : |
18:00 |
Fasilənin başlama vaxtı : |
13:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binası
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
Qanunvericiliklə tələb olunan sənədlər tam təqdim olunmadıqda
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Müraciət
- Kağız daşıyıcıda
|
bankın nizamnaməsinin surəti
- Kağız daşıyıcıda
|
yerli nümayəndəliyin açılması barədə bankın səlahiyyətli idarəetmə orqanının qərarının surəti
- Kağız daşıyıcıda
|
nümayəndəliyin yaradılması və ləğv edilməsi haqqında qərarı qəbul edən səlahiyyətli idarəetmə orqanı göstərilməklə, bank, onun təşkilati strukturu və idarəetmə orqanları haqqında məlumat
- Kağız daşıyıcıda
|
bankın mühüm iştirak paylarına malik olan sahiblərinin payı göstərilməklə siyahısı
- Kağız daşıyıcıda
|
bankın son maliyyə ili üçün auditor yoxlamasından keçmiş maliyyə hesabatı (balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat) və auditor rəyi
- Kağız daşıyıcıda
|
yerli nümayəndəliyin səlahiyyətləri və ünvanı göstərilməklə bankın səlahiyyətli idarəetmə orqanı tərəfindən təsdiq edilmiş əsasnaməsi
- Kağız daşıyıcıda
|
nümayəndəliyə təyin edilməsi təklif olunan inzibatçıların peşəkar keyfiyyətləri və təcrübəsi, habelə məhkumluqlarının olub-olmaması barədə bank tərəfindən verilmiş arayış
- Kağız daşıyıcıda
|
xarici bankın yerləşdiyi ölkənin bank tənzimləməsi və nəzarəti orqanının bankın həmin ölkədə fiziki və hüquqi şəxslərdən depozitlər və digər qaytarılan vəsait cəlb etmək üçün icazəsinin olması, həmin tənzimləmə və nəzarət orqanının banka nəzarəti həyata keçirməsi barədə yazılı bildirişi və bu orqanın xarici bankın yerli nümayəndəliyinin açılmasına yazılı icazəsi
- Kağız daşıyıcıda
|
xarici bankın yerli nümayəndəliyi dövlət qeydiyyatına alındıqdan sonra xarici bankın yerli nümayəndəliyinin qanunvericiliyə müvafiq olaraq dövlət qeydiyyatına alınması haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti
- Kağız daşıyıcıda
|
ilkin müraciət olunarkən maliyyə bazarlarına nəzarət orqanına təqdim edilmiş məlumatlarda və sənədlərdə əhəmiyyətli dəyişikliklər olduqda həmin dəyişikliklərin müfəssəl şərh edildiyi yazılı məlumat
- Kağız daşıyıcıda
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Təqdim olunan sənədlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün aidiyyəti struktur bölməyə göndərilir. Sənədin icrası üzrə müvafiq struktur bölmənin rəhbəri bilavasitə məsuliyyət daşıyır. Mərkəzi Bank müraciətdə və ya ona qoşulan sənədlərdə səhvlər və ya çatışmazlıqlar müəyyən etdikdə, onlar haqqında banka 10 təqvim günü müddətində yazılı bildiriş göndərir və bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmağı təklif edir. Mərkəzi Bank müraciətdə və ya ona əlavə edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadığını müəyyən etdikdə, banka onun müraciətinin qəbul edildiyi barədə 10 təqvim günü müddətində yazılı bildiriş göndərməlidir. Həmin müddətdə Mərkəzi Bank müraciət edənlərə yazılı bildiriş göndərməzsə sənədlər baxılmaq üçün qəbul edilmiş hesab edilir. Təqdim edilmiş müraciətin qəbul edilməsi barədə bildirişin göndərildiyi gündən ən geci 60 təqvim günü müddətində Mərkəzi Bank müraciətə baxır və müvafiq qərar qəbul edir. Hər bir halda Mərkəzi Bank öz qərarının surətini müvafiq xarici banka göndərir. Xarici bankın nümayəndəliyi dövlət qeydiyyatına alındıqdan sonra dövlət qeydiyyatı haqqında sənədin surətini və ilkin olaraq təqdim etdiyi məlumatlarda əhəmiyyətli dəyişikliklərin olmadığı barədə yazılı bəyanatı təqdim etdikdən sonra Mərkəzi Bank ona icazə verir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidmətin elektron ünvanı
:
|
|