Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması


Dövlət orqanı :
  • “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti
Xidmətin məzmunu :
  • “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC tərəfindən ərzaq məhsullarının (dövlət taxıl fondu üçün alınan buğda istisna olmaqla) mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Çağrı Mərkəzi
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Bağlanmış müqavilə (kontrakt)
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) :
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd : İnformasiya sistemi üzrə emal müddəti
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Elektron qaydada həftənin bütün günləri
İşin başlama vaxtı :
İşin sona çatma vaxtı :
Fasilənin başlama vaxtı :
Fasilənin sona çatma vaxtı :
Xidmətin göstərilmə yeri :
  • “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin inzibati binası və Satınalan təşkilatların ərzaq məhsullarına tələbatı Portalı (http://tedaruk.az)
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi
-
VÖEN şəhadətnaməsi
-
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın 3.1-ci bəndinə əsasən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada satın alınması proseduru aşağıdakı qaydada həyata keçirilir:
    3.1.1. satınalan təşkilatlar növbəti il üzrə ərzaq məhsullarına tələbatları barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formaya uyğun məlumatları hər il iyulun 1-dək Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə təqdim edirlər. Satınalan təşkilatlar tərəfindən növbəti il üzrə ərzaq məhsullarına tələbatlar həmin satınalan təşkilatlara bu məqsədlər üçün dövlət büdcəsindən ayrılmış vəsaitlər nəzərə alınmaqla müəyyən edilir;
    3.1.2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi satın alınması nəzərdə tutulan ərzaq məhsulları, həmin məhsulların qiymətləri və satınalma şərtləri (o cümlədən, satınalma dövriliyi) barədə elanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi formada hər il avqustun 1-dək elektron portalda yerləşdirir;
    3.1.3. satınalma qiymətləri elanın yerləşdirildiyi vaxt üçün ərzaq məhsullarının topdansatış bazar qiymətlərindən aşağı olmamalıdır. Ərzaq məhsullarının hər bir növü üzrə satınalma qiymətini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi müəyyən edir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi rübdə bir dəfədən az olmayaraq ərzaq məhsullarının hər bir növü üzrə topdansatış bazar qiymətlərini müəyyən etmək üçün araşdırmalar aparırlar. Məhsulların qiyməti sonradan dəyişdikdə qiymətlərə yenidən baxılır;
    3.1.4. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi hər il sentyabrın 1-dək satın alınması nəzərdə tutulan ərzaq məhsullarının hər növü üzrə yerli istehsalçıların istehsal potensialı və onlar barədə məlumatları özünün rayon və şəhər idarələri vasitəsilə toplayır və elektron portalda yerləşdirir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulunu satmaq arzusunda olan istehsalçı öz adını elektron portalda aşkar etmədikdə, o, özü fərdi qaydada Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə və ya Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan istənilən “ASAN xidmət” mərkəzinə və ya tədarük və təchizat agentinə müraciət edə bilər. Müraciət edildiyi halda həmin istehsalçı ilə bağlı məlumatlar dərhal elektron portala əlavə edilməli və müraciət edən şəxsə bu barədə məlumat verilməlidir. Ərzaq məhsullarının istehsalçıları həmin məhsulları təqdim etmək niyyəti (öz istəyi ilə təklif etdiyi qiymət) barədə hər il sentyabrın 1-dək bilavasitə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə məlumat verir və nazirlik 2 (iki) iş günü müddətində həmin satıcının adı və təklif etdiyi məhsullar barədə məlumatı (qiymət təklif edildiyi halda qiyməti də) elektron portalda yerləşdirir;
    3.1.5. tədarük və təchizat agenti elektron portalda yerləşdirilən istehsalçıların fəaliyyətinin monitorinqini aparmaq və onlardan istehsal imkanları barədə yazılı və şifahi məlumatlar almaq hüququna malikdir. Tədarük və təchizat agenti istehsalçının elektron portalda yerləşdirilən istehsal həcmini təmin etmək imkanında olmaması barədə əsaslı faktlar əldə etdikdə, elektron portalda olan məlumatlarda düzəliş edir və bu barədə həmin istehsalçıya məlumat verir;
    3.1.6. ərzaq məhsullarının alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilən elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan çox olmadıqda, bütün iştirakçıların təklifləri qəbul edilir;
    3.1.7. ərzaq məhsullarının alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilən elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan çox olduqda yerli istehsalçılara üstünlük verilir;
    3.1.8 ərzaq məhsullarının alınmasına dair bu Qaydanın 3.1.2-ci yarımbəndi ilə müəyyən edilən elanın şərtlərinə uyğun gələn təklif həmin məhsullara tələbatdan az olduqda, tədarük və təchizat agenti tələbatın təklifdən artıq hissəsini bu Qaydanın 3.1.3-cü yarımbəndində müəyyən edilmiş qiymətlər çərçivəsində digər şəxslərdən ala bilər, bu mümkün olmadıqda isə özü idxal edə bilər.
    3.2. Tədarük və təchizat agenti ilə ərzaq məhsullarının istehsalçıları və satıcıları arasında hər il oktyabrın 1-dək növbəti il üçün müqavilə bağlanır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinə inzibati qaydada şikayət verə bilər. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət qurumun poçt ünvanına, elektron şikayət isə e-poçt ünvanına göndərilir. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti


Ünvan: place Bakı şəh., Qaradağ rayonu AZ1063, Lökbatan qəs, Xocasən yolu 57
Telefon: (+99412) 555-04-14; (+99450) 243-28-95
E-poçt: info@tedaruk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://tedaruk.gov.az/
VÖEN: 1101438441
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:
message