Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Vətəndaşların video qəbulunun həyata keçirilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət vətəndaşların Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məsul vəzifəli şəxsləri ilə birbaşa video əlaqə yaratma prosesini əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Vətəndaş video bağlantının köməkliyi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məsul vəzifəli şəxsinə öz müraciətini ünvanlayıb 30 dəqiqə müddətində canlı olaraq onu maraqlandıran suallara cavab alır
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : Iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir.
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsi (https://www.taxes.gov.az/az/page/vetendaslarin-vergi-orqanlarinda-qebula-yazilmasi)
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Şəxsiyyət vəsiqəsi (Elektron xidmətin gostərilməsi ucun muraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin nomrəsi və pin-kodu tələb olunur.)
- Sənədin əsli
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Xidmətdən istifadə üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsinin (http://www.taxes.gov.az) “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsinin “Vətəndaşların vergi orqanlarında qəbula yazılması” xidmət növü seçilməlidir. Açılmış pəncərədə təqdim olunan forma üzrə qrafalar (Şəxsiyyəti təsdiq edən sənədin seriya və nömrəsi və Doğum tarixi) doldurularaq “Davam et” düyməsi sıxılmalıdır. Bundan sonra açılacaq yeni pəncərədə təqdim olunan forma üzrə istifadəçiyə aid olan məlumatları nəzərdə tutan (VÖEN (vergi orqanlarında uçotda olduğu təqdirdə), Yaşadığı ünvan, Telefon nömrələri (ev, iş, mobil) və Elektron poçt ünvanı) digər qrafalar doldurulmalıdır. “Qəbulun forması” kimi “Vətəndaşların video qəbulu” və alt qrafada yerləşdirilmiş siyahıdan İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi və onun qəbul tarixi seçilməlidir. Sonra siyahıda qeyd olunmuş qəbul saatı aralığından kənarlaşmamaq şərtilə video bağlantının yaradılması istənilən vaxt müvafiq qrafaya istifadəçi tərəfindən daxil edilməli və “Qəbula haradan qoşulmağı planlaşdırırsınız” adlı xanada yerləşdirilmiş siyahıdan video qəbula qoşulacaq yer (vergi orqanı və ya vergi ödəyicilərinə xidmət mərkəzi) seçilməlidir. Daha sonra müvafiq qrafaya video qəbula yazılmağın məqsədi (müraciətin məzmunu) və şəkil formatda göstərilən təhlükəsizlik kodu daxil edilməli və sonda doldurulmuş müraciət forması “Göndər” düyməsi vasitəsilə aidiyyəti üzrə göndərilməlidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatına daxil olmuş müraciət qeydiyyata alınaraq baxılır və vətəndaşa İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsi ilə birbaşa video əlaqə yaratmaq üçün tarix, saat və məkan haqqında əvvəlcədən məlumat verilir. Qeyd edilən tarixdə vətəndaş video bağlantının köməkliyi ilə real vaxt rejimində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxsinə öz müraciətini ünvanlayıb onu maraqlandıran suallara cavab almaq imkanı əldə edir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən imtina edilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati qaydada şikayət verə bilər. Şikayətin forması "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Tam elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi


Ünvan: place Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti 155
Telefon: (012) 493-88-67
Faks: (012) 492-58 95
E-poçt: office@economy.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.economy.gov.az
VÖEN: 1700012751
Ödəmə rekvizitləri: Bank rekvizitləri: Dövlət Xəzinədarlıq Agentliyi
Bakı şəhər Vergilər Departamenti
VÖEN: 1400305751
SWİFT: CTREAZ22
KOD: 210005
Müxbir hesab: 0132033003944
VÖEN (bank) 14011555071
Hesablaşma hesab: 2117131
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Həftənin I-V günləri, saat 9:00-18:00-dək. Fasilə 13:00-14:00-dək.
message