Dövlət orqanı
:
|
-
Göyçay Rayon İcra Hakimiyyəti
|
Xidmətin məzmunu
:
|
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
İcra Hakimiyyəti Başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri
|
Xidmətin hüquqi əsası
:
|
-
- Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 158.2, 158.3, 159.1, 159.2, 193, 194 və 195-ci maddələri;
- "Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 nömrəli Fərmanının 2-ci bəndinin 5-ci və 6-cı abzasları;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 1.5-1.7-ci, 1.12-ci bəndləri, 8-ci bölməsi (8.1-8.15-ci bəndləri);
- Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 5.2-ci bəndi.
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Telefon vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Ölüm haqqında şəhadətnamə
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
30 təqvim günü |
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə görə
doğumun, ölümün, övladlığa götürülmənin və atalığın (analığın) müəyyən edilməsinin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir. |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
Həftənin 1-5-ci günləri |
İşin başlama vaxtı : |
10:00 |
İşin sona çatma vaxtı : |
13:00 |
Fasilənin başlama vaxtı : |
13:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Göyçay Rayon İcra Hakimiyyəti Başçısının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin yerləşdiyi inzibati binası
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı" Qaydasının 1.7-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər təqdim edildikdə aparılır.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında həkim şəhadətnaməsi
- Kağız daşıyıcıda
|
Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında feldşer arayışı
- Kağız daşıyıcıda
|
Ölmüş şəxsin şəxsiyyət vəsiqəsi
- Kağız daşıyıcıda
|
Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, onun hərbi bileti
- Kağız daşıyıcıda
|
Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında həkim arayışı
- Kağız daşıyıcıda
|
Ölüm haqqında həkim sənədi olmadıqda, ölüm faktını müəyyən edən məhkəmə qətnaməsi
- Kağız daşıyıcıda
|
Ölmüş şəxsin doğum haqqında şəhadətnaməsi
- Kağız daşıyıcıda
|
Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, onun xidməti vəsiqəsi
- Kağız daşıyıcıda
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
- Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə İcra Hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır.
- Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.
- Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzil-istismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır.
- Ölüm haqqında məlumat İcra Hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir.
- Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir.
- Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
- Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır.
- Yol getdiyi yerdə (qatarda, gəmidə, təyyarədə və s.) ölmüş şəxslərin ölümü yaxındakı İcra Hakimiyyətinin nümayəndəliyində qeyd oluna bilər.
- Ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən Rayon İcra Hakimiyyətinə və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə inzibati qaydada şikayət edə bilər.
- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 (bir) ay müddətində baxılır.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|