Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
İctimai birliklərin Azərbaycan Milli Olimpiya Komitəsinin rəyi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən dövlət akkreditasiyasından keçdikdən sonra respublika idman federasiyası statusunu alması
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi
-
İdman şöbəsi
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
- "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikası Qanununun 9-10-cu maddələri;
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarı ilə təsdiq edilmiş İctimai birliklərə Respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası Qaydası.
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
E-poçt vasitəsilə məlumatlandırma
-
Telefon vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
İctimai birlik dövlət akkreditasiyasından keçdikdə, ona Nazirliyin kollegiyası tərəfindən qəbul edilmiş akkreditasiya barədə qərarın təsdiq edilmiş surəti təqdim edilir
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
40 Yoxdur |
Ödənişsiz : |
|
Rüsum : |
Rüsum yoxdur |
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
|
Ödənişin hüquqi əsası : |
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarı ilə təsdiq edilmiş İctimai birliklərə Respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası Qaydası |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
Bazar ertəsi - Cümə günləri. |
İşin başlama vaxtı : |
00:00:00 |
İşin sona çatma vaxtı : |
00:00:00 |
Fasilənin başlama vaxtı : |
00:00:00 |
Fasilənin sona çatma vaxtı : |
00:00:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin inzibati binası
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 dekabr tarixli 198 nömrəli qərarı ilə təsdiq edilmiş İctimai birliklərə Respublika idman federasiyası statusunun verilməsi üçün onların dövlət akkreditasiyası Qaydasının 4.3-cü bəndinə əsasən aşağıdakı hallarda dövlət akkreditasiyası haqqında qərar dayandırılır və ya aşkar edilən nöqsanların ciddiliyindən asılı olaraq ləğv edilir:
- dövlət akkreditasiyasından keçmək üçün təqdim edilmiş sənədlərdə qeyri-dürüst, həqiqətə uyğun olmayan və səhv faktlar (məlumatlar) aşkar edildikdə;
- respublika idman federasiyasının sənədlərində və ya fəaliyyətində əsaslı dəyişikliklər baş verdiyi halda, bu barədə Nazirliyin xüsusi komissiyasına 1 (bir) ay müddətində məlumat verilmədikdə;
- respublika idman federasiyasının (assosiasiyasının) fəaliyyətində onlar üçün müəyyən edilmiş tələblərin pozulması hallarına yol verildikdə.
Bu tələblər aşağıdakılardan ibarətdir:
- "Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydalara tam riayət olunması;
- Nazirlik tərəfindən təsdiq edilmiş respublika Vahid idman təsnifatına və digər normativ sənədlərə riayət olunması;
- müvafiq idman növünün idmanın inkişafı üzrə dövlət proqramına uyğun və sistemli inkişaf etdirilməsi;
- idman fəaliyyətində beynəlxalq norma və qaydalara əməl olunması;
- yarışlar keçirilən idman obyektlərinin idman növünün qaydalarına və tələblərinə uyğun olması, sanitar-gigiyenik, mühəndis-texniki, təhlükəsizlik və digər normalara cavab verməsi;
- Nazirliyin bütün sorğularına vaxtında, düzgün və ətraflı məlumatların təqdim olunması.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Milli Olimpiya Komitəsinin rəyi
- Kağız daşıyıcıda
|
Rəhbərliyi və rəhbər orqanlarının tərkibi haqqında məlumat
- Kağız daşıyıcıda
|
İctimai birliyinin fəaliyyətinin təmin edilməsi üzrə maliyyə mənbələri haqqında rəsmi sənədlər
- Kağız daşıyıcıda
|
Müvafiq idman növü üzrə yüksək səviyyəli idmançıların hazırlığı sisteminin təkmilləşdirilməsi haqqında təkliflər
- Kağız daşıyıcıda
|
İdman obyektləri və bazaları haqqında məlumatlar
- Kağız daşıyıcıda
|
Beynəlxalq və digər idman qurumlarına üzvlüyü haqqında məlumat
- Kağız daşıyıcıda
|
Bədən tərbiyəsi və idman yönümlü ictimai birliyin təsis sənədləri və hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi
- Sənədin əsli və notarial qaydada təsdiq edilmiş surətləri (kağız formada)
|
Milli yığma komandalara namizədlərin seçilməsi və komandaların komplektləşdirilməsinə dair təkliflər
- Kağız daşıyıcıda
|
İnkişaf etdirilən idman növləri və fənlərinin siyahısı
- Kağız daşıyıcıda
|
Müvafiq idman növü üzrə yarışların müəyyən edilmiş qaydada təsdiq edilmiş keçirilmə qaydaları və həmin idman növünün inkişaf və təbliğ edilməsi barədə proqram layihəsi
- Kağız daşıyıcıda
|
Rəsmi müraciət (ərizə)
- Kağız daşıyıcıda
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Təqdim edilmiş sənədlərə 40 (qırx) gün ərzində baxılaraq Nazirliyin rəyi müsbət olduqda, müraciət edənə akkreditasiya barədə qərarın təsdiq edilmiş surəti, əks halda, imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
Ərizəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada şikayət edə bilər.
Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Nazirliyin poçt ünvanına, elektron şikayət isə e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır.
Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Həmçinin "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən peşəkar idman sahəsindəki mübahisələrə qanunvericiliyə uyğun şəkildə, o cümlədən idman arbitrajı vasitəsi ilə baxılır. İdman arbitrajı peşəkar idman sahəsindəki mübahisələrin həlli üçün yaradılan müvəqqəti orqandır. O, peşəkar idman sahəsindəki mübahisənin idman arbitrajının icraatına verilməsi barədə razılığın əldə edildiyi vaxtdan 5 iş günündən gec olmayaraq tərəflərin birgə qərarı ilə yaradılır.
İdman arbitrajının tərkibi (3 nəfərdən az olmayaraq), reqlamenti, mübahisəyə baxılma yeri, müddətləri, arbitraja texniki yardımın təşkili tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur. Arbitrajın sədri arbitrlər tərəfindən öz sıralarından seçilir. Mübahisələrə bədən tərbiyəsi və idman subyektlərinin iştirakı ilə baxır. İdman arbitrajının qərarı səs çoxluğu ilə qəbul edilir və protokolla rəsmiləşdirilir. Tərəflər arbitrajın qərarı ilə razılaşmadıqda bu barədə protokol tərtib edilir. Tərəflər idman arbitrajının qərarlarının məcburiliyi barədə qabaqcadan razılığa gəlmişlərsə, arbitrajın qərarı ilə mübahisə qəti həll olunmuş hesab edilir və mübahisənin davam etdirilməsinə yol verilmir.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|