Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

İpoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması


Dövlət orqanı :
  • Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi
Xidmətin məzmunu :
  • Bu xidmət ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasını əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • elektron formada
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Elektron və ya kağız sənədləşmə formalarında
  • Vətəndaşın müraciəti əsasında səyyar xidmətin təşkili
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Çağrı Mərkəzi
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Faks vasitəsilə məlumatlandırma
  • Onlayn kargüzarlıq vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • SMS məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Telefonoqram vasitəsilə məlumatlandırma
  • Teleqram vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə arayış (məlumatın) ərizəçiyə təqdim edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Qeyd edilməyib
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Günlər : Real vaxt rejimində
İşin başlama vaxtı : 00:00:00
İşin sona çatma vaxtı : 00:00:00
Fasilənin başlama vaxtı : 00:00:00
Fasilənin sona çatma vaxtı : 00:00:00
Günlər : Bazar ertəsi - cümə günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Günlər : Əmlak Xidmətləri Məkanı həftənin 1-5-ci günləri, saat 09:00 - 19:00
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 19:00
Fasilənin başlama vaxtı : 00:00
Fasilənin sona çatma vaxtı : 00:00
Günlər : Əmlak Xidmətləri Məkanı şənbə və bazar günləri, saat 10:00 - 17:00
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 17:00
Fasilənin başlama vaxtı : 00:00
Fasilənin sona çatma vaxtı : 00:00
Xidmətin göstərilmə yeri :
  • - Əmlak Xidmətləri Məkanı;
    - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrinin və ya rayon şöbələrinin inzibati binaları.
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
İpoteka saxlayının adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Xidmət haqqının ödənilməsi barədə sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Şəxsiyyəti təsdiq edən sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin ipoteka qoyana təsdiqetmə üsulu ilə göndərilməsinə dair qəbz
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Dövlət rüsumunun ödənilməsi barədə sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ərizə (Hüquqi şəxsin ərizəsi və bələdiyyələrin müraciəti rəhbər tərəfindən imzalanır və möhrlə təsdiq edilir)
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
  • Bank vasitəsi ilə
  • Nağd
  • Onlayn ödəmə
  • Xüsusi ödəmə terminalı
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçilər xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəsmi internet informasiya ehtiyatına müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. İmtina halları və ya xidmətin göstərilməsinin dayandırılması halları aşkar edildikdə istifadəçiyə 2 (iki) iş günü müddətində bildiriş göndərilir. İstifadəçi tərəfindən təqdim edilən sənədlərdə imtina üçün əsas olmayan və aradan qaldırılması mümkün olan çatışmazlıq aşkar edildikdə bu barədə Xidmətin müvafiq ərazi idarəsi istifadəçiyə 1 (bir) iş günündən gec olmayaraq yazılı məlumat verir. Onlar 1 (bir) iş günündən gec olmayaraq müddətdə aradan qaldırıldıqdan və bu barədə Xidmətin müvafiq ərazi idarəsinə məlumat verildikdən sonra onlara 1 (bir) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin dövlət qeydiyyatının aparılması barədə arayış (məlumat) istifadəçiyə təqdim edilməsi üçün Xidmətin müvafiq ərazi idarəsinə verilir. Xidmətin müvafiq ərazi idarəsi tərəfindən arayışın (məlumatın) skan edilmiş surəti dərhal istifadəçinin elektron ünvanına, kağız üzərində əsli isə poçt vasitəsilə göndərilir və ya birbaşa təqdim edilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • 1. Əmlak Məsələləri Dövlət Komitəsinin və DƏDRX-nin aparatlarına şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) müraciət etmək;
    2. ƏMDK-nın 193 nömrəli Çağrı mərkəzinə zəng etmək;
    3. ƏMDK-nın və DƏDRX-nin rəhbərliyi və struktur bölmə rəhbərləri tərəfindən mütəmadi olaraq keçirilən vətəndaş qəbullarında iştirak etmək.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi


Ünvan: place Azərbaycan, Bakı şəhəri, AZ 1025, Xətai rayonu, Yusif Səfərov küçəsi, 50
Telefon: (994-12) 490 24 08
Faks: (994-12) 490 33 59
E-poçt: office@emdk.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: emdk.gov.az
VÖEN: 2000015631
Ödəmə rekvizitləri: Rekvizitlər:
Adı: Mərkəzi Bank
Kodu: 501004
Müxbir hesab: AZ74NABZ011451700000000001944
VÖEN: 9900071001,
S.W.İ.F.T. NABZAZ2C
Alan müştəri;
Adı: Əmlak Məsələləri Dövlət Komitəsi
Hesab:AZ65 NABZ 0136 1150 0000 0000 4944
VÖEN: 2000015631
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: İş vaxtı: Həftənin I-V günləri saat 09.00 - 18.00-dək Fasilə: 13.00-14.00 arası
message