Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Mərkəzi Bankı
|
Xidmətin məzmunu
:
|
-
Bu xidmət Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra - Mərkəzi Bank) tərəfindən bankın İdarə Heyətinin üzvləri, daxili audit bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun imza hüququ olan müavinləri, habelə yerli və xarici bankların yerli filiallarının rəhbərləri və baş mühasibləri (mühasibat xidmətinin rəhbəri) və onların imza hüququ olan müavinlərinin (bundan sonra - bank inzibatçıları) attestasiyasının keçirilməsi üçün müraciətin və sənədlərin qəbulu ilə bağlı xidmət qaydalarını müəyyən edir.
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Azərbaycan Respublikasının Mərkəzi Bankı
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
-“Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsi;
- Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 30 yanvar 2019-cu il tarixli 1951100006 nömrəli
Qərarı ilə təsdiq edilmiş “Bank inzibatçılarının attestasiyadan keçməsi Qaydaları”;
- Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamı
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Poçt xidməti vasitəsilə məlumatlandırma
-
Telefon vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Attestasiya bitdikdən sonra attestasiya vərəqəsinin imzalanmış nüsxəsi müraciət etmiş banka təqdim olunur
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
30 təqvim günü |
Ödənişsiz : |
Xidmət ödənişsiz həyata keçirilir |
Rüsum : |
|
Xidmət haqqı : |
|
Ödənişlə bağlı qeyd : |
1 nəfər bank inzibatçısı üçün |
Ödənişin hüquqi əsası : |
"Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları"na 2 saylı Əlavə |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
1-5 günlər |
İşin başlama vaxtı : |
09:00 |
İşin sona çatma vaxtı : |
18:00 |
Fasilənin başlama vaxtı : |
13:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Azərbaycan Respublikasının Mərkəzi Bankının inzibati binası
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
Sənədlər qanunvericiliyə uyğun olaraq tam təqdim edilmədikdə
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Ərizə
- Kağız daşıyıcıda
|
təhsil və əmək fəaliyyəti haqqında sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri
- Kağız daşıyıcıda
|
namizəd tərəfindən doldurulmuş anket, namizədin bankda və digər hüquqi şəxslərdə mühüm iştirak payını göstərən siyahı
- Kağız daşıyıcıda
|
bankın İdarə Heyətinin üzvlüyünə (xarici bankın yerli filialının rəhbərliyinə) təqdim edilən namizədin bankda nəzarət edəcəyi sahə haqqında yazılı məlumat
- Kağız daşıyıcıda
|
namizəd tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə
- Kağız daşıyıcıda
|
inzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş arayış
- Kağız daşıyıcıda
|
baş mühasibə (mühasibat xidmətinin rəhbərinə) münasibətdə peşəkar mühasib sertifikatı
- Kağız daşıyıcıda
|
|
Ödənilmə üsulları
:
|
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
Təqdim olunan sənədlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun olaraq qeydiyyata alınır və icra edilməsi üçün aidiyyəti struktur bölməyə göndərilir. Sənədin icrası üzrə müvafiq struktur bölmənin rəhbəri bilavasitə məsuliyyət daşıyır. Bankın və ya xarici bankın yerli filialının fəaliyyəti dövründə bank inzibatçısı vəzifəsinə namizəd kimi təqdim edilən şəxslər haqqında sənədlərə Mərkəzi Bankın müvafiq struktur bölmələri tərəfindən 30 (otuz) təqvim günü müddətində baxılır və rəy müsbət olduqda, sənədlər Mərkəzi Bankın Attestasiya komissiyasına təqdim olunur. Attestasiya komissiyası sənədlərin komissiyaya təqdim olunduğu gündən sonrakı təqvim günündən gec olmayaraq attestasiya gününü təyin edir. Mərkəzi Bank tərəfindən attestasiyanın keçirilmə yeri və vaxtı barədə fəaliyyəti dövründə bank inzibatçısı vəzifəsinə namizədi irəli sürmüş banka və ya xarici bankın yerli filialına attestasiya gününə ən azı 3 (üç) iş günü qalmış qabaqcadan yazılı surətdə məlumat göndərilir. Attestasiya bitdikdən sonra attestasiya vərəqəsinin imzalanmış nüsxəsi 3 (üç) iş günündən gec olmayaraq müraciət etmiş banka təqdim olunur.
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
"İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidmətin elektron ünvanı
:
|
|