Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Xidməti və diplomatik pasportların dəyişdirilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Xidmətin məzmunu :
  • Xidməti və diplomatik pasportların dəyişdirilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
  • Konsulluq İdarəsi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Telefon vasitəsilə məlumatlandırma
  • Yerində (şifahi və ya yazılı) məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Xidməti və diplomatik pasportların dəyişdirilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 5 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı : "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 17.1.1-ci maddəsinə əsasən xidmət ödənişsiz olaraq həyata keçirilir.
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri
İşin başlama vaxtı : 10:00
İşin sona çatma vaxtı : 12:30
Fasilənin başlama vaxtı :
Fasilənin sona çatma vaxtı :
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun rəsmi məktubu
- Kağız daşıyıcıda
Dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun vəsatəti
- Kağız daşıyıcıda
Vətəndaşın şəxsiyyət vəsiqəsi
- Kağız daşıyıcıda
15 yaşı tamam olmamış vətəndaşın doğum haqqında şəhadətnaməsi
- Kağız daşıyıcıda
15 yaşı tamam olmamış vətəndaşın fərdi identifikasiya kartı
- Kağız daşıyıcıda
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Xidməti və ya diplomatik pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın soyadı, adı, atasının adı dəyişdikdə və ya pasport, o cümlədən onun elektron daşıyıcısı (çip) yararsız hala düşdükdə, pasportun dəyişdirilməsi vətəndaşın fotoşəkli çəkilməklə, lakin qan qrupu haqqında tibbi arayış tələb edilmədən həyata keçirilir.
    Xidməti və diplomatik pasportların dəyişdirilməsi müvafiq dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsi və "ASAN xidmət" mərkəzləri vasitəsilə verilmiş vəsatəti əsasında ən geci beş iş günü müddətində həyata keçirilir. Xidməti və ya diplomatik pasport almaq hüququ olan vəzifəli şəxsin uşaqlarının müvafiq pasportu dəyişdirildikdə, yalnız 15 yaşı tamam olmuş uşaqlar vəzifəli şəxslə birlikdə vəsatətdə şəxsi imzalarını qeyd edirlər. Xidməti və ya diplomatik pasport dəyişdirilərkən, müvafiq dövlət orqanının, dövlətə məxsus müəssisə və ya təşkilatın, yaxud qeyri-kommersiya qurumunun vəsatətində qeyd olunan məlumatları Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı yoxlayır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin məsul əməkdaşı məlumatları yoxladıqdan sonra vəsatətdə həmin məlumatların düzgünlüyünü öz imzası ilə təsdiq edərək, onları vətəndaşın üz təsviri və əl-barmaq izləri üzrə biometrik məlumatları ilə birlikdə dərhal İAMAS-a daxil edir. İAMAS-a daxil edilmiş məlumatlar elektron sənəd formasında onu daxil edən əməkdaşın gücləndirilmiş elektron imzası ilə təsdiq edilir. Azərbaycan Respublikası vətəndaşının xidməti və ya diplomatik pasportunun fərdi olaraq doldurulması İAMAS vasitəsilə həyata keçirilir. Verilmiş pasportlar, habelə onların aktiv statusunun dəyişdirilməsi barədə məlumatlar İAMAS-a daxil edilir.
    Dəyişdirilən pasportdakı vizanın etibarlılıq müddəti həmin pasportun etibarlılıq müddətindən çox olduğu hallar istisna olmaqla, əvvəlki pasport təhvil verilir. Elektron daşıyıcısı olmayan xidməti və ya diplomatik pasportlar dəyişdirilərkən vətəndaşın əl-barmaq izləri götürülür.
    Etibarlılıq müddətinin bitməsinə yeddi ay qaldıqda da xidməti və ya diplomatik pasportun dəyişdirilməsi üçün vəsatət verilə bilər.Xidməti və ya diplomatik pasportda, o cümlədən pasportun elektron daşıyıcısında göstərilən məlumatlarda səhv müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • - İstifadəçi xidmətlə bağlı istənilən məsələ barədə inzibati qaydada Xarici İşlər Nazirliyinə şikayət edə bilər. İnzibati şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Xarici İşlər Nazirliyinin poçt ünvanına, elektron şikayət isə Xarici İşlər Nazirliyinin e-poçt ünvanına göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi


Ünvan: place Bakı şəhəri, Şıxəli Qurbanov küç., 50
Telefon: +994 (12) 596 90 00
Faks: +994 (12) 596 90 01
E-poçt: secretariat@mfa.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.mfa.gov.az
VÖEN: 1300382431
Ödəmə rekvizitləri: Azərbaycan Respublikası Beynəlxalq Bankının Mərkəzi filialı
kod: 805722
VÖEN: 9900001881
Müxbir hesab: 137010002944
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Bayram, şənbə və bazar günləri istisna olmaqla, həftənin 1-5-ci günləri, saat 09:00-dan 18:00-dək
message