Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə bağlaşma əsasında zabit hazırlayan Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının həqiqi hərbi xidmətə könüllü qəbul edilmə


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Xidmətin məzmunu :
  • Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul edildiyi ilin sentyabr ayının 15-dək 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan, mülki ümumtəhsil müəssisələrinin tam orta təhsil səviyyəsini bitirmiş Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları, habelə zabit hərbi rütbəsi olmayan 18 yaşından 23 yaşınadək hərbi qulluqçular və hərbi vəzifəlilər, habelə dövlətlərarası müqavilələrə əsasən xarici ölkələrin hərbi qulluqçuları qəbul edilə bilər.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin sənədlərin qəbulu komissiyası
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil almaq üçün kursant olaraq həqiqi hərbi xidmətə qəbul edilir
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) :
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-6-cı günləri
İşin başlama vaxtı : 09:00:00
İşin sona çatma vaxtı : 18:00:00
Fasilənin başlama vaxtı : 13:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00
Xidmətin göstərilmə yeri :
  • Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
qanın hepatit B və hepatit C-yə aid müayinələrin nəticələri
- arayış formasında
sidiyin ümumi analizi
- arayış formasında
sakit vəziyyətdə və fiziki yükdən sonra EKQ
- arayış formasında
uşaqların doğum haqqında şəhadətnamələri-nin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda)
- Kağız daşıyıcıda
4 ədəd rəngli fotoşəkil ( baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4.5x6 sm ölçüdə)
- Kağız daşıyıcıda
Qeyd:
- Şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, hərbi qeydiyyat haqqında sənəd və tam orta təhsil haqqında sənədin əsli, eləcə də (hərbi liseylərin məzunları istisna olmaqla) cari tədris ili üçün ali təhsil müəssisələrinin 1-ci ixtisas qrupuna tələbə qəbulu üzrə abituriyentin elektron ərizəsi internet vasitəsilə ilə şifrə və iş nömrəsini yığmaqla çap edərək abituriyent tərəfindən ali hərbi məktəbin sənəd qəbulu komissiyasına şəxsən təqdim olunur.
nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda)
- Kağız daşıyıcıda
məhkumluğu barədə arayış
- Kağız daşıyıcıda
18 yaşı tamam olmayan namizədlər üçüm valideynlərin və ya qəyyumlarının notarial qaydada təsdiq edilmiş razılıq ərizələri
- Kağız daşıyıcıda
evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış
- Kağız daşıyıcıda
tam orta təhsil haqqında sənədin (atestat) notarial qaydada təsdiq edilmiş surəti (cari ilin məzunları üçün məktəbdən arayış)
- Kağız daşıyıcıda
qanın ümumi analizi, qan qrupu və rezus faktor
- arayış formasında
qanın QİCS və sifilisə görə seroloji reaksiyalara dair müayinələrinin nəticələri
- arayış formasında
oxuduğu təhsil müəssisəsindən (iş və ya yaşayış yerindən) verilmiş xasiyyətnamə
- Kağız daşıyıcıda
doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti
- Kağız daşıyıcıda
şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə
- Kağız daşıyıcıda
psixonevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərdən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında məlumat
- arayış formasında
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Ərizə ilə müraciət etmiş namizədlər müəyyən olunan tarixlərdə ali hərbi məktəbə çağırılır və hərbi həkim komissiyasında yoxlanılırlar.
    Hərbi həkim komissiyasının qərarına əsasən ali hərbi məktəbdə təhsil almağa yararlı hesab edilən namizədlər TQDK tərəfindən müəyyən olunan müddətdə namizədlər TQDK-nın rəsmi elektron saytında şifrə və iş nömrələrini daxil etməklə qəbul imtahanına buraxılış vəsiqəsi alırlar.
    Həqiqi hərbi xidmətə qəbul üçün həqiqi hərbi xidmətə daxil olmasına dair bağlaşma tərtib edilir.
    Zərurət yarandığı halda müvafiq dövlət orqanlarının və ya hərbi hissələrin tələbnamələrinə (sifarişlərinə) uyğun olaraq, bağlaşma əsasında həqiqi hərbi xidmətə qəbul edilməsi üçün seçilmiş hərbi vəzifəlilərin və hərbi qeydiyyatda olmayan qadınların sənədləri əsasında onların şəxsi işlərinin tərtib edilməsi və aidiyyəti üzrə göndərilməsi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən həyata keçirilir.
    Bağlaşma əsasında könüllü həqiqi hərbi xidmətə qəbulla bağlı aşağıdakı tədbirlər həyata keçirilir:
    -ailə tərkibi və yaşayış yerinin yoxlanılması;
    -tibbi şəhadətləndirmənin keçirilməsi (Hərbi-həkim komissiyası);
    -peşə-psixoloji seçim üzrə tədbirlərin keçirilməsi;
    -bilik, bacarıq (qəbul olunacaq ixtisasa uyğun) və fiziki hazırlıq səviyyəsinin həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verməsinin yoxlanılması.
    Bağlaşma eyni hüquqi qüvvəyə malik üç əsl nüsxədən ibarət tərtib edilir. Bağlaşmanın bir nüsxəsi hərbi xidmətə daxil olan şəxsə verilir, digər nüsxələri isə dövlər orqanının aidiyyəti qurumlarında saxlanılır.
    Bağlaşma hər iki tərəf imzaladıqdan sonra qüvvəyə minir. Şəxsin həqiqi hərbi xidmətə qəbul edilməsi barədə şəxsi heyət üzrə əmr verilir. Bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanların həqiqi hərbi xidmətinin başlanğıcı bağlaşmanın imzalandığı gün hesab edilir.
    Həqiqi hərbi xidmətə könüllü daxil olmuş hərbi qulluqçulara, hərbi vəzifəlilərə (xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları istisna olmaqla), həmçinin onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq, şəxsiyyəti təsdiq edən xidməti vəsiqələr verilir.
    Bağlaşmanı imzalanmaqdan imtina edildiyi halda, toplanmış sənədlər müvafiq qaydada məhv edilir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrindən, həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdən götürülmüş şəxsi işlər həmin orqanlara qaytarılır.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə əsasən xidmət istifadəçiləri xidmətin göstərilməsindən edilən imtinadan yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib oluna bilər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə daxil olduğu gündən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Avtomatlaşdırılmayıb

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi


Ünvan: place AZ 1073, Bakı şəhəri, Parlament prospekti, 3.
Telefon: (012)539-29-15
E-poçt: apellyasiya@mod.gov.az, dti@mod.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.mod.gov.az
VÖEN: 1300162621
message