Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
Kiçik həcmli gəmilərin idarə edilməsi hüququ verən sürücülük vəsiqələrinin verilməsi üçün imtahan və attestasiyanın keçirilməsi
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 29 dekabr tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi haqqında Əsasnamə"nin 9.7-ci bəndi;
- Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının bayrağı altında üzən kiçik həcmli gəmilərin təsnifatı haqqında" 23 aprel 2008-ci il tarixli 97 nömrəli Qərarı;
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin 16.07.2007-ci il tarixli 073 nömrəli əmri ilə təsdiq edilmiş və 26.07.2007-ci il tarixində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş (Normativ Hüquqi Aktın Dövlət Qeydiyyatı Haqqında Şəhadətnamə №3348) "Kiçik həcmli gəmi sürmək hüququ üçün imtahan və attestasiya Qaydaları".
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Telefon vasitəsilə məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
10 gün |
Ödənişsiz : |
|
Rüsum : |
15 AZN |
Xidmət haqqı : |
Xidmət haqqı yoxdur |
Ödənişlə bağlı qeyd : |
|
Kiçik həcmli gəmilərin sürücülərinə sürücülük vəsiqəsinin verilməsi |
Ödənişin hüquqi əsası : |
Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 28.20-ci maddəsi |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
Günlər : |
Həftənin 1-5-ci günləri |
İşin başlama vaxtı : |
09:00:00 |
İşin sona çatma vaxtı : |
18:00:00 |
Fasilənin başlama vaxtı : |
13:00:00 |
Fasilənin sona çatma vaxtı : |
14:00:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyinin inzibati binası
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
- Gəmisürücüsü "Kiçik həcmli gəmi sürmək hüququ üçün imtahan və attestasiya Qaydaları"nın 3.1-ci bəndində göstərilən sənədləri təqdim etmədikdə imtahana buraxılmır.
- Gəmisürücüsü imtahana buraxılmadıqda, imtinanın səbəbi göstərilməklə təqdim etdiyi sənədlər geri qaytarılır.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Gəmi sürücüsünün ərizəsi
- Kağız daşıyıcıda
|
Sağlamlıq haqqında arayış
- Kağız daşıyıcıda
|
Gəmisürücüsü ixtisası üzrə təhsil müəssisəsini bitirməsi haqqında diplomun (şəhadətnamənin) surəti və ya gəmisürücülük üzrə kursları (məktəbləri) bitirməsi haqqında arayış
- Kağız daşıyıcıda
|
Gəmisürücüsünün şəxsiyyətini təsdiq edən sənəd (imtahan günü təqdim olunur)
- Kağız daşıyıcıda
|
2 ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil
- Kağız daşıyıcıda
|
|
Ödənilmə üsulları
:
|
-
Bank vasitəsi ilə
-
Nağd
-
Onlayn ödəmə
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
- Gəmisürücüsü imtahana buraxılması üçün sənədləri imtahan komissiyasına təqdim etməlidir.
- İmtahana buraxılma yuxarıda göstərilən sənədlər yoxlanıldıqdan sonra İmtahan Kommissiyasının sədri tərəfindən həyata keçirilir. İmtahana buraxılma haqqında qərar imtahan kommissiyasının təqdimatına əsasən Müfəttişliyin rəisi tərəfindən qəbul edilir.
- İmtahan kommissiyasının məsul katibi imtahan verənə şəxsiyyəti təsdiq edən sənəd əsasında imtahana buraxılış vərəqəsi verir, onun adını, soyadını, atasının adını protokolda qeyd edir və imtahanın aparılması qaydalarını ona izah edir. Buraxılış vərəqəsində imtahanın yeri, tarixi və vaxtı göstərilir.
- Qiymətləndirmə "məqbul" və "qeyri-məqbul" sistemi ilə müəyyən edilir. İmtahan verən şəxsin biliyi Müfəttişliyin rəisi tərəfindən təsdiq edilmiş 45 test sualından 25 və daha çoxuna cavab verərsə "məqbul", 24 və daha azına cavab verərsə "qeyri məqbul" sistemi ilə qiymətləndirilir
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
- İstifadəçi xidmətlərin göstərilməsi ilə bağlı hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.
- Gəmisürücülərinin imtahana buraxılmaması ilə razı olmadığı halda onun ərizəsinə Müfəttişlik tərəfindən ərizə daxil olduğu gündən beş gün müddətində baxılır.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|