Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

İpoteka kreditinin yenidən maliyyələşdirilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Xidmətin məzmunu :
  • Müvəkkil banklar tərəfindən verilmiş ipoteka kreditləri üzrə tələb hüquqlarının ipoteka kağızının tərtib olunması yolu ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əldə olunması
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Elektron və ya kağız sənədləşmə formalarında
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • İpoteka krediti üzrə tələb hüquqları Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ötürülür
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 10 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Bazar ertəsi- cümə günləri
İşin başlama vaxtı : 09:00
İşin sona çatma vaxtı : 18:00
Fasilənin başlama vaxtı : 13:00
Fasilənin sona çatma vaxtı : 14:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Kredit müqaviləsi
- əsli
Yaşayış sahəsinin alqı-satqı və ipoteka müqaviləsi
- əsli
İpoteka kağızı
- əsli
İpotekanın dövlət qeydiyyatını təsdiq edən sənəd
- əsli
Ödənilmə üsulları :
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Müvəkkil bank verilmiş ipoteka kreditinin yenidən maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu müraciət edir və tələb olunan sənədlərin fotosurətlərini elektron sistemdə yerləşdirir.
    Müraciət daxil olduğu tarixdən 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən ipoteka kreditləşməsi ilə bağlı aidiyyəti sənədlərin Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydasına” uyğunluğu yoxlanılır və bu barədə elektron sistem vasitəsilə elektron arayış tərtib olunur.
    Sənədlərdə çatışmazlıq aşkar edilərsə, müvəkkil banka elektron bildiriş göndərilir.
    Kredit Komitəsinin qərarına uyğun olaraq, ipoteka kreditinin yenidən maliyyələşdirilməsi haqqında bildiriş əsasında ipoteka krediti üzrə ipoteka kağızı üzərində qanunla müəyyən olunmuş qaydada indossamentlə verilmə qeydi aparılır və ipoteka krediti üzrə hüquqlar Fonda ötürülür. Bank tərəfindən borcalanın kredit dosyesinə daxil olan müvafiq sənədlərin əsli təhvil-təslim aktı ilə birlikdə Fonda təhvil verilir.
    Təhvil-təslim aktı ilə təqdim edilmiş sənədlərin əslinin Qaydalara uyğunluğu və elektron sistemdə yerləşdirilmiş fotosurətləri ilə eyniliyi yoxlanılır və bu barədə elektron sistem vasitəsilə elektron arayış tərtib olunur.
    Sənədlərdə çatışmazlıq aşkar edilərsə, banka elektron bildiriş göndərir.
    Kredit Komitəsi tərəfindən ipoteka kreditinin yenidən maliyyələşdirilməsinə dair imtina barədə qərar qəbul olunduqda, ipoteka kağızının üzərində geri indossament qeydi aparılaraq kredit dosyesi təhvil-təslim aktı ilə banka geri qaytarılır.
    Təhvil-təslim aktı imzalandıqdan sonra Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən yenidən maliyyələşdirmə məbləği bankın Azərbaycan Respublikasının Mərkəzi Bankında olan müxbir hesabına köçürülür.
    Bildiriş ipoteka kreditinin yenidən maliyyələşdirilməsi üçün müraciətin Fonda daxil olduğu tarixdən 10 (on) iş günündən gec olmayaraq banka göndərilir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Yaranan mübahisələrlə bağlı şəxs Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna inzibati qaydada şikayət edə bilər. Şikayət kağız üzərində və ya elektron qaydada tərtib olunur. Kağız üzərində şikayət Fondun poçt ünvanına (Bakı şəhəri, Bül-Bül prospekti 40) , elektron şikayət isə Fondun e-poçt ünvanına (info@mcgf.gov.az) göndərilir. Şikayət ərizəsi "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 78.1-ci maddəsində müəyyən olunmuş qaydada Fonda daxil olmuş ərizələr və şikayətlər araşdırılması ilə bağlı aidiyyəti struktur bölmələr tərəfindən 1 ay müddətində baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • "Elektron ipoteka və kredit zəmanət" sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Qismən avtomatlaşdırılıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu


Ünvan: place AZ1014, Bakı şəhəri, Bül-Bül pr. 40
Telefon: (+99412) 441 24 23
Faks: (+99412) 598 11 77
E-poçt: info@mcgf.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: https://mcgf.az/
VÖEN: 1403502281
Ödəmə rekvizitləri:
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:
message