Dövlət orqanı
:
|
-
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
|
Xidmətin məzmunu
:
|
-
- Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi
|
Xidmətin aid olduğu təsnifat
:
|
|
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
-
Şəhər və rayon notariat ofisləri
|
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı
:
|
|
Xidmətin hüquqi əsası
:
|
-
- "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndi,
- Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə"-nin 8.6 və 9.9-cu bəndləri
- Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat"in II-ci Fəsli
|
Xidmətin həyata keçirilmə formaları
:
|
-
Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
|
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması
:
|
-
Yerində (şifahi və ya yazılı) məlumatlandırma
|
Xidmətin həyata keçirilməsinin nəticəsi
:
|
-
Daşınmaz əmlakın alqı-satqı müqaviləsi verilir
|
Xidmət istifadəçisi barədə məlumat
:
|
|
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası
:
|
Müddət (Məbləğ) : |
1 iş günü |
1 iş günü |
1 iş günü |
Ödənişsiz : |
|
|
|
Rüsum : |
175 AZN |
25 AZN |
280 AZN |
Xidmət haqqı : |
26.25 AZN |
3.75 AZN |
42 AZN |
Ödənişlə bağlı qeyd : |
Müqavilə üzrə əmlak başqa şəxslərin mülkiyyətinə keçirsə: Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu üzrə dövlət rüsumu –175 manat, xidmətə görə tutulan haqq – 26,25 manat. |
Müqavilə üzrə əmlak ərin (arvadın), uşaqların, valideynlərin, babanın, nənənin, nəvənin, qardaşın, bacının mülkiyyətinə keçirsə – dövlət rüsumu 25 manat, xidmətə görə haqq – 3,75 manat |
Müqavilə üzrə əmlak başqa şəxslərə keçərsə:
Bakı şəhərində dövlət rüsumu - 280 manat, xidmətə görə tutulan haqq - 42 manat. |
Ödənişin hüquqi əsası : |
Dövlət rüsumu haqqında" Qanunun 10.1.2-ci və 11.3-cü maddələri |
"Dövlət rüsumu haqqında" Qanunun 10.1.2-ci və 11.3-cü maddələri |
Dövlət rüsumu haqqında" Qanunun 10.1.2-ci və 11.3-cü maddələri |
Rüsumla bağlı əlavə qeyd : |
|
|
|
|
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti
:
|
Dövr (Rüb, Ay) : |
|
|
|
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) : |
|
|
|
Günlər : |
"ASAN xidmət" mərkəzlərində həftənin 6-7-ci günləri |
Şəhər və rayon notariat ofislərində |
"ASAN xidmət" mərkəzlərində həftənin 1-5-ci günləri |
İşin başlama vaxtı : |
10:00:00 |
09:00:00 |
10:00:00 |
İşin sona çatma vaxtı : |
17:00:00 |
19:00:00 |
20:00:00 |
Fasilənin başlama vaxtı : |
00:00:00 |
13:00:00 |
00:00:00 |
Fasilənin sona çatma vaxtı : |
00:00:00 |
14:00:00 |
00:00:00 |
|
Xidmətin göstərilmə yeri
:
|
-
- Şəhər və rayon notariat ofislərinin inzibati binaları
- "ASAN xidmət" mərkəzinin inzibati binaları
|
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları
:
|
-
- "Notariat haqqında" Qanunun 34-cü maddəsinə əsasən əlavə məlumatlar və ya sənədlər tələb etmək, yaxud sənədləri ekspertizaya göndərmək lazım gəldikdə - bir aydan artıq olmayan müddətə təxirə salına bilər.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə edən digər əlaqədar şəxsdən ərizə alınması haqqında məhkəmədən məlumat gəldikdə - məhkəmədə iş həll edilənədək dayandırılmalıdır.
Təsdiq edilməli olan hüquq və ya fakt barəsində mübahisə etmək üçün məhkəməyə müraciət etmək arzusunda olan digər əlaqədar şəxsin xahişi ilə - on gün müddətinə təxirə salınmalıdır. Bu müddətdə məhkəmədən təsdiq edilməli olan hüquq və ya fakt barəsində əlaqədar şəxsdən ərizə daxil olduğu haqqında məlumat alınmazsa, artıq dayandırılmaya yol verilmir.
- "Notariat haqqında" Qanunun 40-cı maddəsinə əsasən aşağıdakı hallarda müqavilənin təsdiq edilməsindən imtina edilməlidir:
- müqavilənin təsdiq edilməsi qanuna zidd olduqda;
- müqavilənin təsdiq edilməsi başqa notarius və ya digər vəzifəli şəxs aparmalı olduqda; - müqavilənin təsdiq edilməsi barədə fəaliyyət qabiliyyəti olmayan şəxs və ya lazımi səlahiyyəti olmayan nümayəndə müraciət etdikdə;
- hüquqi şəxsin adından bağlanan müqavilə onun nizamnamə və ya əsasnaməsində göstərilən məqsədlərə zidd olduqda;
- qanunun tələblərinə uyğun olmayan müqavilə bağlandıqda (məsələn, üzərində hüququn məhdudlaşdırılması (yüklülük), habelə həbs qeydiyyata alınmış daşınmaz əmlakın bağışlanması);
- müqavilənin təsdiq edilməsi üçün təqdim olunan sənədlər qanunvericiliyin tələblərinə zidd olduqda və ya həmin sənədlərdə ayrı-ayrı şəxslərin şərəf və ləyaqətini ləkələyən məlumatlar olduqda;
- müqavilənin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun olmadıqda.
|
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması
:
|
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
|
Yaşayış evində, mənzildə və ya bağ evində yaşayış yeri üzrə qeydiyyatda olan ailə üzvlərinin dairəsi barədə mənzilistismar sahələrinin arayışı və yetkinlik yaşına çatmış ailə üzvlərinin yazılı razılığ
- Kağız daşıyıcıda
|
Müqavilə nümayəndə vasitəsi ilə bağlandıqda əlavə olaraq onun şəxsiyyətini təsdiq edən sənəd və səlahiyyətlərinə dair notariat qaydasında təsdiq edilmiş etibarnamə
- Sənədin əsli və notarial qaydada təsdiq edilmiş surətləri (kağız formada)
|
Tərəflər arasında qohumluq münasibətlərini təsdiq edən sənədlər və ya qohumluq münasibətlərinin müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi
- Kağız daşıyıcıda
|
Mülkiyyətçi nikahdadırsa, onun nikahı haqqında şəhadətnamə daşınmaz əmlak birgə nikah dövründə əldə edilmişdirsə, onun satılmasına ərin (arvadın) notariat qaydasında təsdiq edilmiş razılığı
- Kağız daşıyıcıda
|
Əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd
- Kağız daşıyıcıda
|
Əmlak üzərində yüklülüyün və ya həbsin olubolmaması barədə arayış
- Kağız daşıyıcıda
|
Tərəflərin şəxsiyyətini təsdiq edən sənədlər
- Kağız daşıyıcıda
|
Dövlət rüsumunun və haqqın ödənilməsi barədə sənədlər
- Kağız daşıyıcıda
|
|
Ödənilmə üsulları
:
|
-
Bank vasitəsi ilə
-
Xüsusi ödəmə terminalı
|
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar
:
|
-
- Notarius müraciət etmiş şəxslərin, onların nümayəndələrinin və ya idarələrin, müəssisələrin və təşkilatların nümayəndələrinin şəxsiyyətini, səlahiyyətini və notariat hərəkətlərin üzrə həqiqi niyyətini müəyyən edir, fəaliyyət qabiliyyətini yoxlayır, qanunvericiliklə tələb olunan sənədlər barədə məlumat verir, aparılan notariat hərəkətləri ilə bağlı müraciət edən şəxslərin hüquq və vəzifələrini izah edir, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərir, hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətinin aparılması nəticələri barədə onlara xəbərdarlıq edir, təqdim edilmiş sənədlərin qanunvericiliyə uyğunluğunu öyrənir.
Qanunvericiliklə tələb olunan sənədlər, habelə aparılan notariat hərəkətinə görə tutulan rüsumun (haqqın) və göstərilən xidmətə görə alınan haqqın ödənilməsi barədə sənəd təqdim edildikdən sonra müqavilə iştirakçılar tərəfindən imzalanır, notarius tərəfindən təsdiq edilir, həmin notariat hərəkəti barədə notariat reyestrində qeyd aparılaraq sənədin nüsxələri tərəflərə təqdim olunur, sonuncular isə sənədin alınması barədə notariat reyestrində imza edirlər.
19.04.2019-cu il tarixindən etibarən daşınmaz əmlakın özgəninkiləşdirilməsi müqavilələri hüquqların dövlət qeydiyyatına alınması məqsədilə notariuslar tərəfindən “Elektron notariat” informasiya sistemi vasitəsilə qeydiyyat orqanına göndərilməsi həyata keçirilir
|
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar
:
|
-
- "Notariat haqqında” Qanunun 14-cü maddəsinə əsasən notariat fəaliyyətinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılmasını təmin edir, daxil olmuş müraciətlərə vaxtında, o cümlədən yaradılmış internet saytı vasitəsilə cavab verir və qanunvericiliklə müəyyən edilmiş qaydada digər tədbirlər görür.
|
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları
:
|
-
"Elektron notariat" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi
|
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri
:
|
-
"Əhalinin Dövlət Reyestri" Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya Sistemi
|
Xidmətin elektronlaşma səviyyəsi
:
|
|
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi
:
|
|
Xidmətin elektron ünvanı
:
|
|