Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Şagirdlərin ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbulu


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Xidmətin məzmunu :
  • Bu xidmət Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası vətəndaşlarının ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunmasını əhatə edir.
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • İlk peşə- ixtisas təhsili sektoru
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin ənənəvi məlumat daşıyıcısında təqdim olunması
  • Poçt xidməti vasitəsi ilə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Poçt xidməti vasitəsilə məlumatlandırma
  • Telefon vasitəsilə məlumatlandırma
  • Veb sayt vasitəsilə məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Azərbaycan Respublikası vətəndaşlarının ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunur
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 15 iş günü
Ödənişsiz :
Rüsum : Rüsum yoxdur
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd :
Ödənişin hüquqi əsası : Xidmət ödənişsiz olaraq həyata keçirilir
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Həftənin 1-5-ci günləri Real vaxt rejimi:
İşin başlama vaxtı : 09:00:00 00:00:00
İşin sona çatma vaxtı : 18:00:00 00:00:00
Fasilənin başlama vaxtı : 13:00:00 00:00:00
Fasilənin sona çatma vaxtı : 14:00:00 00:00:00
Xidmətin göstərilmə yeri :
  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin inzibati binası və ilk peşə-ixtisas təhsili müəssisələri
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
4 ədəd 3x4 sm ölçüdə fotoşəkil
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ümumi orta təhsil haqqında sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Seçilmiş ixtisasa uyğun sağlamlıq və fiziki inkişafı özündə əks etdirən tibbi arayış
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Şəxsiyyət vəsiqəsi
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Yaşayış yerindən arayış
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Doğum haqqında şəhadətnamə
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Tam orta təhsil haqqında sənəd
- Sənədin skan edilmiş surəti (elektron müraciət edildikdə) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ərizə
- Elektron formada (xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur) və ya əsli (şəxsən və ya poçt xidməti vasitəsilə müraciət edildikdə)
Ödənilmə üsulları :
  • Xidmət ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • İstifadəçi xidmətdən istifadə etmək üçün kağız üzərində tərtib edilmiş ərizə ilə xidmətin göstərilmə yerinə və ya elektron ərizə ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəsmi internet informasiya ehtiyatına (http://psds.edu.az/ səhifəsinə) müraciət edə bilər. Müraciətlər Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat"a uyğun qəbul edildikdən sonra qeydə alınır və aidiyyəti struktur bölməyə icra edilməsi üçün göndərilir. Nazirliyin səlahiyyətinə aid edilməyən müraciətlər 3 iş günündən gec olmayaraq müvafiq quruma göndərilir. Təqdim edilən sənədlərdə imtina üçün əsas olan çatışmazlıqlar aşkar edilmədikdə onlara baxılır və müvafiq qərar qəbul edilir. Xidmətin göstərilməsi barədə qərar qəbul edildikdən sonra istifadəçi ilk peşə-ixtisas təhsili müəssisəsinə qəbul edilir.

    Xidmət zamanı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya dəstəyin göstərilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin "Qaynar xətt" xidməti (146) fəaliyyət göstərir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • İstifadəçilər xidmətin göstərilməsindən və ya vəzifəli şəxslərin hərəkətlərindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 71-72-ci maddələrinə uyğun olaraq yuxarı səlahiyyətli orqana inzibati qaydada şikayət verə bilərlər. İnzibati şikayətin forması "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsinə əsasən 1 ay müddətində baxılır və mahiyyəti üzrə qərar qəbul edilir. Müəyyən edilmiş müddət ərzində qərar qəbul edilmədikdə və ya qəbul edilmiş qərarla razılaşmadıqda, şikayətçi məhkəməyə şikayət verə bilər.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Şagird-məzun sistemi
  • Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi
Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :
  • "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi
  • Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Qismən elektronlaşdırılıb
Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :
  • Tam avtomatlaşdırlıb
Xidmətin elektron ünvanı :

Azərbaycan Respublikasının Təhsil Nazirliyi


Ünvan: place AZ- 1008, Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai prospekti, 49
Telefon: (012) 599-1155
Faks: (012) 496-3483
E-poçt: info@edu.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: http://www.edu.gov.az
VÖEN: 1500046011
Ödəmə rekvizitləri:
Bakı şəhəri, Xətai prospekti, 49
Azərbaycan Respublikası
Təhsil Nazirliyi
VÖEN 1500046011
Hesab№ AZ30CTRE00000000000002168501
Dövlət Xəzinədarlıq Agentliyi
Kod 210005
m/h AZ41NABZ01360100000000003944
VÖEN : 1401555071
S.W.I.F.T Bik. CTREAZ22
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi ("Qaynar xətt” xidməti) - Telefon: 146 - 1 Təhsil Nazirliyinin Kommutator xidməti - Telefonlar: (+99412) 599-11-55 İş vaxtı: I-V günlər, saat: 9:00-dan 18:00-dək Fasilə 13:00-14:00-dək.
message