Menu mail_outline
mail_outlineMÜRACİƏT GÖNDƏR

Heyvan subsidiyasının verilməsi


Dövlət orqanı :
  • Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi
Xidmətin məzmunu :
  • Yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam buzova görə subsidiyanın verilməsi
Xidmətin aid olduğu təsnifat :
Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dövlət aqrar inkişaf mərkəzləri
  • Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi
Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :
Xidmətin hüquqi əsası :
Xidmətin həyata keçirilmə formaları :
  • Elektron müraciət və nəticənin elektron təqdim edilməsi
  • Xidmət yerinə gəlməklə müraciət və nəticənin elektron təqdim olunması
Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :
  • E-poçt vasitəsilə məlumatlandırma
  • Şəxsi kabinet vasitəsilə məlumatlandırma
  • SMS məlumatlandırma
Xidmətin həyata keçirilməsinin nəticəsi :
  • Subsidiyanın verilməsi
Xidmət istifadəçisi barədə məlumat :
Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :
Müddət (Məbləğ) : 15 iş günü
Ödənişsiz : Xidmət ödənişsiz həyata keçirilir
Rüsum :
Xidmət haqqı :
Ödənişlə bağlı qeyd : Süni mayalandırılan və süni mayalanma nəticəsində doğulan sağlam heyvan barədə məlumat Elektron Kənd Təsərrüfatı İnformasıiya Sistemində (EKTİS) təsdiqləndikdən sonra. Heyvanın süni mayalanması və identifikasiyası (birkalanması) xidməti süni mayalanma mütəxəssisi ilə heyvan sahibi (fermer) arasında qarşılıqlı razılaşma əsasında ödənişli qaydada həyata keçirilir. Subsidiyaya müraciət ödənişsiz qaydada təmin edilir.
Ödənişin hüquqi əsası :
Rüsumla bağlı əlavə qeyd :
Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :
Dövr (Rüb, Ay) :
Dövr (1-ci ay, 2-ci ay, 3-cü ay, 1-ci həftə, 2-ci həftə, 3-cü həftə, 4-cü həftə, tək həftələr, cüt həftələr) :
Günlər : Real vaxt rejimində (elektron müraciətlər üçün)
İşin başlama vaxtı :
İşin sona çatma vaxtı :
Fasilənin başlama vaxtı :
Fasilənin sona çatma vaxtı :
Xidmətin göstərilmə yeri :
  • Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM), "ASAN xidmət" mərkəzlərinin və KOB evlərinin inzibati binalarında, EKTİS (elektron mühitdə).
Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :
Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdimedilmə forması :
info
Tələb olunan sənədin adı
- Tələb olunan sənədin təqdimedilmə forması
Ərizə
- Elektron formada
heyvan, süni mayalanmanın aparılması, buzovun doğulması və sağlam olması barədə məlumatlar
- Elektron formada
Ödənilmə üsulları :
  • Ödənişsizdir
Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :
  • Addım 1. Fermer heyvanı süni mayalandırmaq məqsədilə süni mayalandırma mütəxəssisi (bundan sonra – SMM) ilə əlaqə saxlayır, heyvanı barədə məlumatı verir, şərtlərdə şifahi razılaşma olduqda ünvanını bildirərək mayalanma üçün gəliş vaxtı dəqiqləşdirilir.
    Addım 2. SMM fermer ilə müqavilə bağlayaraq heyvanı süni mayalandırdıqdan sonra birkalayır və bununla bağlı məlumatları EKTİS-ə daxil edir.
    • Fermer ona ən yaxın SMM barədə məlumatı EKTİS-də şəxsi kabineti vasitəsilə, DAİM və ya Çağrı mərkəzinə müraciət etməklə əldə edə bilər.
    • İlk süni mayalanma uğursuz olduqda müqavilə şərtlərinə uyğun olaraq təkrar mayalanma aparıla bilər.
    • Fermer heyvanları barədə məlumatı əvvəlcədən EKTİS-də şəxsi kabinetində "Heyvanlarım" bölməsində sistemə daxil edə bilər.
    Addım 3. Fermer doğulan buzov (mayalanmadan təqribən 9 ay sonra) barədə dərhal SMM-nə xəbər verir.
    Addım 4. Buzov doğulduqdan 10 gün sonra 5 gün müddətində SMM tərəfindən həmin buzovun da birkalanması həyata keçirilir, buzovla bağlı məlumatlar və buzovun şəkli EKTİS-ə daxil edilir və bu haqda bildiriş EKTİS vasitəsilə ən yaxın EKTİS-də qeydiyyatda olan sahə baytarına göndərilir.
    Addım 5. Sahə baytar mütəxəssisi 5 gün müddətində buzovun sağlamlığını yoxlayır və bu barədə məlumatı EKTİS-ə daxil edir.
    • Sahə baytar mütəxəssisi sözügedən məlumatı tələb olunan müddətdə EKTİS-ə daxil etmirsə və ya fermer verilmiş məlumatlar ilə razı deyilsə 3 gün müddətində DAİM-i məlumatlandırmalıdır. DAİM 5 gün müddətində əlavə mütəxəssis cəlb etməklə buzovun sağlamlığını yenidən yoxlatdırmalı və bu barədə məlumatı EKTİS-ə daxil etməlidir.
    Addım 6. Daxil edilən məlumatlar əsasında subsidiyaya müraciət avtomatlaşdırılmış qaydada formalaşır və subsidiya məbləği hər bir sağlam buzova görə 100 (yüz) manat məbləğində müəyyən edilir. Fermer tərəfindən EKTİS-də şəxsi kabinetində formalaşan subsidiyaya müraciət təsdiq edilir.
    Addım 7. Daha sonra DAİM tərəfindən 10 gün müddətində yerində müşahidə əsasında monitorinq həyata keçirilərək heyvanın mövcudluğu müəyyən edilir və müraciət təsdiqlənir.
    • Sahə baytar mütəxəssisinin məlumatından şikayət təqdim edilmiş və DAİM vasitəsilə əlavə mütəxəssis cəlb edilməklə sağlamlığın yoxlanması həyata keçirilibsə DAİM fermerin ərizə təsdiqindən sonra yerində müşahidəni həyata keçirməyərək subsidiyaya müraciəti təsdiq edir.
    Addım 8. DAİM tərəfindən təsdiq edildikdən sonra 15 iş günü müddətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kedit və İnkişaf Agentliyi (bundan sonra - AKİA) subsidiya ödənişinin fermerin hesabına köçürülməsini həyata keçirir.
Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənkənar) həlli imkanları barədə məlumatlar :
  • Ərizəçi göstərilən xidmətlə bağlı onu razı salmayan istənilən məsələ barədə inzibati qaydada DAİM-ə, DAİM-in qərarlarından AKİA-ya şikayət verə bilər. Şikayət kağız daşıyıcılarda və ya EKTİS vasitəsilə tərtib oluna bilər. İnzibati şikayətin forması “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 74-cü maddəsinə uyğun olmalıdır və şikayətə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 78-ci maddəsinin tələblərinə uyğun olaraq 1 ay müddətinə baxılır.
Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :
  • Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi
Xidmətin elektronlaşma səviyyəsi :
  • Elektronlaşdırılmayıb

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi


Ünvan: place AZ1000,Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küç. 80
Telefon: (+99412) 4986449
Faks: (+99412) 4986449
E-poçt: web@agro.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı: www.agro.gov.az
VÖEN: 1700069791
Ödəmə rekvizitləri: Adı: Dövlət Xəzinədarlığı Agentliyi
Kodu: 210005
VÖEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.: CTREAZ22
Kənd Təsərrüfatı Nazirliyi
Hesab No.: AZ94CTRE00000000000002188301
VÖEN: 1700069791
Büdcə səviyyəsi: Fond 7
Büdcə təsnifatı: 142340
Ödəniş sənədində ödənişin məqsədi göstərilməlidir.
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin iş qrafiki: bazar ertəsi- cümə günləri saat 09:00-dan 18:00-dək; İstirahət günləri: şənbə, bazar.
message