Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Lisenziyalaşdırma Qaydası”nın 3.9-cu bəndinə əsasən lisenziya tələb olunan fəaliyyət növünün həyata keçirilməsi obyektlə bağlı olduqda, lisenziya verən dövlət orqanı həmin obyektin lisenziyanın alınması üçün təqdim edilən ərizəyə əlavə olunan sənədlərdə göstərilən məlumatlara uyğunluğunu yerində qiymətləndirir.
Xidməti pasport müvafiq dövlət orqanları rəhbərlərinin təqdimatı daxil olduqda ən geci beş iş günü keçənədək Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən sahiblərinin səlahiyyət müddətinə və ya beş illik müddətə verilir
16 yaşına çatmamış vətəndaşlara şəxsiyyət vəsiqəsi qanuni nümayəndəsi müraciət etdikdən sonra aşağıdakı sənədlər əsasında verilir: - Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır); - Doğum haqqında şəhadətnamə; - Qan qrupu haqqında tibbi arayış və ya Elektron Sağlamlıq Kartı; - 14 yaşı tamam olmuş şəxs barəsində yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd); - Qanuni nümayəndənin hüquqlarını təsdiq edən sənəd. 16 yaşı tamam olmuş vətəndaşlara şəxsiyyət vəsiqəsi aşağıdakı sənədlər əsasında verilir: - Ərizə-anket (Ərizə-anket formasının səhifələri eyni vərəqin hər iki tərəfində çap olunmalıdır) (ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən göstərilən ərizə bir qayda olaraq valideynlərdən biri və ya qanuni nümayəndəsi ilə birgə imzalanır); - Şəxsiyyət vəsiqəsi (olduğu halda) və doğum haqqında şəhadətnamə; - Şəxsiyyət vəsiqəsini alan şəxs evlidirsə, nikahın bağlanması haqqında şəhadətnamə, nikah pozulduqda nikahın pozulması haqqında şəhadətnamə; - Yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd); - Tibbi arayış (qan qrupu, boyu, gözün rəngi); - 2 ədəd fotoşəkil (bir neqativdən eyni ölçüdə çıxarılmış (rəngli 3x4), sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkil); - Dövlət rüsumunun ödənilməsi barədə sənəd; - Şəxsiyyət vəsiqəsini almaq üçün şəxsin qanuni nümayəndəsi ərizə ilə müraciət etdikdə, qanuni nümayəndənin (valideynlərinin) hüquqlarını təsdiq edən sənədi; - İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə və ya hərbi bilet (çağırışçılar və hərbi vəzifəlilər).
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əasnamə”yə uyğun olaraq 15 yaşı tamam olmamış vətəndaşa ümumvətəndaş pasportu verilərkən ərizə-anketi yalnız onun valideynləri, valideyn himayəsindən məhrum olmuş uşaqların isə digər qanuni nümayəndələri imzalayırlar. 15 yaşdan 18 yaşadək olan vətəndaşın ərizə-anketini onun özü və ya qanuni nümayəndəsi verə bilər. Hər iki halda ərizə-anketdə 15 yaşdan 18 yaşadək olan vətəndaşın imzası olmalıdır.
Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar icraata şəxsin özünün və ya mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarının, prokurorluq və məhkəmə orqanlarının sorğusu əsasında başlanılır.
Vətəndaş əmtəə nişanı və ya coğrafi göstəricinın dövlət qeydiyyatına alınması ilə bağlı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edir. Sorğu qəbul edildikdən sonra dərhal qeydiyyata alınır və baxılması üçün Patent şöbəsinə təqdim edilir. Dövlət rüsumunun ödənilməsi barədə qəbz təqdim edildikdən sonra, əmtəə nişanı və coğrafi göstərici dövlət reyestrində qeydiyyata alınır və bu barədə istifadəçiyə dərhal məlumat verilir. Əmtəə nişanı və coğrafi göstəricinin qeydə alınması haqqında şəhadətnamə istifadəçiyə şəxsən təqdim olunur.
"ASAN xidmət" mərkəzlərində daşınmaz əmlaka dair verilmiş qeydiyyat vəsiqələri əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışlar verilir.
"Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinin yaradılması ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 sentyabr tarixli 262 nömrəli Fərmanına əsasən “Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestri” dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlər haqqında məlumatların vahid mənbədə toplanması və sistemləşdirilməsi, xidmətlərin göstərilməsində təkrarlığın aradan qaldırılması və yeni növ xidmətlərin yaradılması yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, xidmətlər üzrə təhlil və proqnozlaşdırma imkanlarının artırılması məqsədi ilə yaradılmışdır.
Bələdiyyənin yerli özünüidarəetmə orqanı olmasına əsasən Dövlət orqanları tərəfindən həyata keçirilən xidmətlərin Elektron Reyestrinə yalnız dövlət orqanları tərəfindən həyata keçirilən dövlət xidmətləri haqqında məlumatlar daxil edilmişdir.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 66-cı maddəsinə əsasən aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə iş icazəsinin verilməsindən imtina edilir: - Miqrasiya Məcəlləsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; - təqdim edilən sənədlər saxta olduqda, onlarda qeyri-dəqiq və ya təhrif olunmuş məlumatlar olduqda; - işəgötürənin işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi mümkün olduqda; - işə cəlb olunması nəzərdə tutulan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin 18 yaşı tamam olmadıqda; - əmək miqrasiyası kvotası dolduqda; - əcnəbi və vətəndaşlığı olmayan şəxs siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yoluxucu xəstəliklərin daşıyıcısı olduqda; - əcnəbi və vətəndaşlığı olmayan şəxs cəlb olunduğu işin yerinə yetirilməsi üçün tələb olunan ixtisasa və ya iş təcrübəsinə malik olmadıqda.
Müavinət şəxsin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən təyin edilir və ödənilir.